İran

İran: “Hava nəqliyyatında 370 sərnişin təyyarəsi çatışmır”

İran Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədibəxş bəyan edib ki, ölkədə mövcud səyahət ehtiyaclarını ödəmək üçün 370 təyyarə çatışmır.

Bu barədə “İrna” xəbər agentliyi məlumat yayıb.

Məhəmmədibəxş hazırda ölkədə 550 sərnişin təyyarəsinin olduğunu, ancaq onlardan yalnız 180-nin istifadəyə yararlı olduğunu bildirib.

Qeyd edək ki, ekspertlərin fikrincə, İranın hava donanmasının yenidən qurulması üçün ən azı 400 yeni təyyarə lazımdır.

Ancaq ölkənin iqtisadi vəziyyəti, hökumətin yanlış siyasəti və nüvə proqramlarının yaratdığı iqtisadi sanksiyalar bu donanmanın yenidən qurulması və modernləşdirilməsinə mane olub.

Related Articles

Bir cavab yazın

Back to top button