İran

İranın Məhkəmə başçısı hicabsızlara qarşı səfərbərliyə çağırdı

İran Məhkəmə Sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei məcburi hicab qaydalarını pozanlarla bağlı yeni göstərişlər verib.

Məhkəmə başçısı tabeliyində olan məhkəmə orqanları və məmurları hicabsızlara qarşı mübarizədə polis və təhlükəsizlik əməkdaşları ilə birlikdə fəaliyyət göstərməyi tapışırıb.

“Sosial anomaliyalar halında xüsusi məqsədlər güdən xarici casus şəbəkələri ilə əlaqəli cərəyan və şəxslərin aşkarlanmasında təhlükəsizlik və polis qurumların ilə sıx əməkdaşlıq edilsin”,- Ejei tabeliyindəkilərə göstəriş verib.

Ejeinin bu təhdidi İran hökumti və parlamentinin məcburi hicab qaydalarını pozanlara qarşı yeni tədbirlərplanı hazırladıqları barədə məlumatlar ilə eyni vaxta təsadüf edir.

Qeyd edək ki, hicabsızların düşmən və casus adlandırılması ənənəsini Əli Xamənei qoyub.

O, bir müddət əvvəl hicabsızlığın düşmən planı olduğunu deyib və məcburi hicab qaydalarını pozanları “düşmən dövlətlərin casusu” adlandırıb.

2022-ci il sentyabr ayından başlayan etiraz aksiyalarında 36 qadın İran hökumət məmurları tərəfindən öldürülüb.

İnsan haqları təşkilatlarının hesabatlarına görə, məcburi hicaba etiraz etdiklərinə görə yüzlərlə qadın həbs edilib və onlardan bəziləri məcburi etiraf almaq üçün cinsi zorakılığa məruz qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button