Dünyaİran

ABŞ İrana bağlı 13 şəxs və qurumun sanksiyasını dəstəklədi

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Birləşmiş Krallığın İrana bağlı 13 şəxsə qarşı sanksiya tətbiq etməsini dəstəklədiyini açıqlayıb və digər müttəfiqlərini İranın düşməncəsinə və sabitliyi pozan hərəkətlərinə qarşı daha çox tədbir görməyə çağırıb.

Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilib.

ABŞ Dövlət Departamentinin bəyanatında Birləşmiş Ştatların Birləşmiş Krallıq və beynəlxalq ictimaiyyət qarşısında İran qüvvələri tərəfindən silahların yayılması, repressiyalar və bütün dünyada insanlara qarşı təhdidlərlə mübarizədə dəstəkləmək öhdəliyi vurğulanıb.

Bəyanatda İranın Amerika və digər ölkələrin vətəndaşlarına qarşı sui-qəsdləri pislənilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Birləşmiş Ştatların İrandan gələn istənilən təhdid və ya mümkün hücumun qarşısını almaq və cavab vermək üçün Britaniya və müttəfiqləri ilə əməkdaşlıq etmək əzmində olduğunu vurğulayıb.

Bəyanatda İranın düşmənçilik fəaliyyətinin ABŞ-ın gərginliyin azaldılmasına yardım və Yaxın Şərq regionunda sülhün möhkəmləndirilməsi səyləri ilə qəti şəkildə ziddiyyət təşkil etdiyi vurğulanır.

Qeyd edək kİ, iyulun 5-də Britaniya İrana bağlı 13 şəxs və quruma iranlıların insan hüquqlarını, o cümlədən ifadə və sərbəst toplaşmaq hüququnu pozduqlarına görə sanksiya tətbiq edib.

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Tehran hökumətinin İran xalqına qarşı zülmünə, bu rejimin Ukrayna və Yaxın Şərqdə axan qanda əli olması və Britaniya torpaqlarında insanları öldürmək və oğurlamaq təhlükəsinə toxunub.

“Bu gün Britaniya İran rejiminə açıq mesajı göndərir, biz bu pis davranışa dözməyəcəyik və sizi məsuliyyətə cəlb edəcəyik”,- Britaniya XİN başçısı bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button