Dünya

İstanbul görüşündə danışılacaq məsələlər açıqlanıb

Bu barədə ABC telekanalı məlumat yayıb. İkimərtəbəli tur avtobusu işıqforun qırmızı işığında keçib və şəhər avtobusuna çırpılıb. Bildirilir ki, 18 nəfər xəstəxanaya yerləşdirilib, daha 63 nəfərə yerindəcə tibbi yardım göstərilib.

Bu barədə Türkiyə liderinin administrasiyasından məlumat verilib.

Tərəflər həmçinin iyulun 17-də başa çatacaq taxıl müqaviləsinin uzadılmasını da müzakirə edəcəklər.

Türkiyə tərəfinin məlumatına görə, Zelenskinin Türkiyəyə işgüzar səfəri Rusiya-Ukrayna münaqişəsinin həlli üçün vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu dəfələrlə bəyan edən Ərdoğanın dəvəti ilə baş tutacaq.

Ankaranın fikrincə, Türkiyə liderinin həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna lideri Zelenski ilə yaxşı şəxsi münasibətləri buna kömək edə bilər.

Sıx təmaslar sayəsində əvvəllər taxılla bağlı İstanbul müqavilələrinin müddətini dəfələrlə uzatmaq mümkün olub və Türkiyə hakimiyyəti onların yeni müddətə uzadılması üçün səylər göstərir.

Ərdoğan və Zelenski sonuncu dəfə 2022-ci ilin avqustunda Lvovda görüşüb. Görüşdə BMT-nin baş katibi Antonio Quterreş də iştirak edib. (apa)

Related Articles

Bir cavab yazın

Back to top button