Dünya

ABŞ Rusiyanın G20-dən çıxarılması təşəbbüsü ilə çıxış edir

ABŞ Rusiyanın beynəlxalq qurumlardan, xüsusən də G20-dən mümkün xaric edilməsi imkanlarını araşdırır və bunu müttəfiqləri, tərəfdaşları ilə müzakirə edəcək.

Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Sallivanın sözlərinə görə, Rusiya artıq həmişə olduğu kimi beynəlxalq institutlarda və beynəlxalq birlikdə iştirak edə bilməz.

“Konkret qurumlar və konkret həll yolları ilə bağlı biz müttəfiqlərimizlə məsləhətləşmək, hər hansı əlavə bəyanatlar verməzdən əvvəl həmin qurumlardakı tərəfdaşlarımızla məsləhətləşmək istərdik”, – Cozef Baydenin müşaviri bildirib. (report.az)

Related Articles

Bir cavab yazın

Back to top button