İran

İran Rusiyaya raketlər tədarük etməyə hazırlaşır

İran Rusiyaya raketlər tədarük etməyə hazırlaşır. Bu barədə "Vaşinqton Post" qəzeti məlumat yayıb.

Məlumatlar göstərir ki, İran Ukrayna müharibəsində istifadə üçün döyüş pilotsuz təyyarələri ilə yanaşı Rusiyaya özünün “Fateh-110” və “Zülfiqar” ballistik raketlərini də vermək niyyətindədir.

“Vaşinqton Post” Amerika təhlükəsizlik rəsmilərinə və müttəfiqlərinə istinadən yazır ki, Tehran sentyabrın 18-də raket sazişini yekunlaşdırmaq üçün Moskvaya rəsmilərini göndərib.

Pilotsuz təyyarələrlə mübarizə üçün yer-yer raketlərinin satışını da əlavə edib.

Adlarının açıqlanmasını istəməyən bu Amerika və Avropa rəsmiləri Tehranın Moskvaya 300 km və 700 km məsafədəki hədəfləri vura bilən “Fatih-110” və “Zülfiqar” raketlərini göndərməyə hazır olduğunu bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button