Dünya

ABŞ Ukraynadan taxıl alacaq

ABŞ Ukraynadan 150 min ton taxıl almaq istəyir.

Bu barədə Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bisli bildirib.

Məlumata görə, ABŞ aldığı taxılı ərzaq çatışmazlığından əziyyət çəkən ölkələrə göndərəcək. Yaxın bir həftə ərzində alınacaq taxılın konkret hansı ölkələrə göndəriləcəyi məlum deyil.

Ehtimal olunur ki, taxıl Afrikaya göndəriləcək. Belə ki, qitədə bu il quraqlıq ciddi ərzaq çatışmazlığına səbəb olub. (modern.az)

Related Articles

Bir cavab yazın

Back to top button