Dünya

ABŞ VƏ TÜRKİYƏ QARABAĞI MÜZAKİRƏ EDİBLƏR

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ilə Amerika Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan arasında telefon danışığı olub.

Türkiyə mətbuatı xəbər verir ki, danışıqlarda Romda keçirilən “Böyük İyirmilik” (G20) ölkələrinin toplantısında Türkiyə və merika mekanizmin incəliklərini müzakirə edilib.

Telefon söhbəti zamanı ikitərəfli siyasi və iqtisadi ilgilər, müdafiə sahəsində əməkdaşlığın irəlləyişi, dünya və bölgəsəl məsələlər o cümlədən Əfqanıstandakı siyasi vəziyyət və humanitar yardım, Suriyanın torpaq bütövlüyü eləcə də terorizmə qarşı mübarizə, Libidəki siyasi gedişatlarla seçkilər, Belarus-Lehistan sərhədi ilə Şərqi Aralıq dənizindəki gərginlik müzakirə edilib.

Tərəflər, habelə Azərbaycanın işğaldan azad edilən Qarabağ bölgəsində sülhün və əmniyətin daimi olması ilə bağlı müzakirələr aparıblar.

Related Articles

Bir cavab yazın

Back to top button