Dünyaİran

Ağ Ev: “İran Ukrayna xalqının qətlində əlbirdir”

"Amerika İranın Rusiyaya ballistik raketlər göndərməsindən narahatdır". Bunu Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Con Kirbi deyib.

İranın Rusiyaya raket və dronlar də daxil olmaqla, silah-sursat göndərməsinə toxunan Ağ Ev rəsmisi bəyan edib ki, Tehran Rusiyaya kamikadze pilotsuz təyyarələr verməklə ukraynalıların öldürülməsində Moskva ilə əlbirdir.

Con Kirbi qeyd edib ki, İran rejimi rusları silahlandırmaqla “günahsız ukraynalıların öldürülməsində iştirak edir və əslində Tehrandakı hakim rejim açıq şəkildə və həvəslə Ukrayna torpaqlarında günahsız vətəndaşların qətliamında rol oynayır”.

Ağ Evin sözçünün bu bəyanatı CNN-nin Qərb rəsmilərinə istinadən İranın Rusiyaya göndərdiyi son silah tədarükünə təxminən 450 dronun daxil edildiyi barədə yaydığı məlumatla eyni vaxta təsadüf edir.

Related Articles

Bir cavab yazın

Back to top button