Dünyaİran

Ağ Ev: “Nüvə danışıqlarının bərpası üçün vaxt bitmək üzrədi”

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının canlandırılması üzrə danışıqların yeni raundu ilə eyni vaxtda Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, sazişin canlandırılması üçün danışıqlar aparılıb, tamamlanıb və razılığa gəlməyə çox az vaxt qalıb.

O, avqustun 4-də keçirdiyi mətbuat konfransında əbədi olaraq razılığa gəlmək üçün İranın mövqeini gözləməyəcəklərini deyib.

“Masa üzərində bir razılaşma var və İran bunu qəbul etməlidir. Nəticə əldə etmək üçün zaman azdır”-deyə, kerbi qeyd edib.

5 ay fasilədən sonra Avropa Birliyinin xarici siyasət xidmətinin siyasi direktoru Enrike Mora İranın nüvə danışıqlarına başçılıq edən heyətin rəhbəri Əli Baqeri Kani ilə görüşüb.

Danışıqların ilk raundu başa çatıb. Daha əvvəl bu danışıqlarda iştirak edən tərəflər gözləntilərinin aşağı olmasından danışıb və qarşı tərəfin güzəştə getməsinin vacibliyini vurğulayıblar.

Bu arada Vyanadakı diplomatik müxbir Stefani Lixtenşteyn yüksək rütbəli avropalı diplomata istinadən bildirib ki, cümə axşamı danışıqları Avropa Birliyinin xarici siyasət komissarı Josep Borrell tərəfindən Birgə Hərtərəfli Fəaliyyət Planının canlandırmaq üçün təklif etdiyi yeni mətnin yekunlaşdırılmasına yönəlib.

Bu arada Rusiyanın danışıqlardakı nümayəndəsi Mixail Ulyanov avropalı diplomatın bəyanatlarına cavab verib və bildirib ki, cümə axşamı danışıqlar zamanı bir mətn müzakirə olunub və bu, Vyanada iştirak edən bütün nümayəndə heyətlərinin kollektiv işinin məhsuludur.

Qeyd edək ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ildə nüvə proqramı ilə bağlı böhranı həll etmək üçün daimi qrupla İran arasında “beş üstəgəl bir” formatında imzalanıb.

Amerikanın keçmiş Prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxmaq qərarına gəlib. Amerika administrasiyasının hazırkı rəhbəri Cozef Bayden isə dəfələrlə ölkəsinin Birgə Hərtərəfli Fəaliyyət Planı qayıtmağa hazır olduğuna dair mesajlar verib.

Rusiya, Böyük Britaniya, Almaniya, Çin, Fransa və eləcə də Amerika Birgə Hərtərəfli Fəaliyyət Planı keçən ilin aprelindəki formada bərpa etmək üçün Vyanada İranla danışıqlar aparır.

Related Articles

Bir cavab yazın

Back to top button