İran

Ağ Ev sözçüsü: İranın nüvə silahı istehsalı ilə məsafəsi bir neçə həftəyə qədər daralıb

Amerika dövlət katibi Entoni Blinken Senatın Xarici Əlaqələr Komitəsi qarşısında İranın nüvə silahından yayınma müddətinin bir neçə həftəyə azalması ilə bağlı söylədiklərindən sonra Ağ Evin sözçüsü Cen Psaki deyib: "Amerika, şübhəsiz ki, İranın nüvə silahı istehsalı ilə məsafəsinin bir neçə həftəyə qədər daralmasından narahatdır".

Psaki əlavə edib: “Əgər geri dönsək, nüvə razılaşmasına əsasən, İranın nüvə proqramı beynəlxalq müfəttişlər tərəfindən ciddi şəkildə nəzarətdə saxlanılıb və məhdudlaşdırılıb, lakin Tramp hökuməti Amerikanın bu sazişdə iştirakını dayandırdığı üçün İran nüvə proqramını sürətlə genişləndirib və nüvə anlaşmasındakı öhdəliklərin icra edilməməsi Beynəlxalq Agentliyin müfəttişləri ilə əməkdaşlığı da azaldıb”.

Xatırladaq ki, İranla nüvə danışıqları martın ortalarından etibarən dayandırılıb. Amerika rəsmiləri İranın danışıqlar zamanı nüvə anlaşmasından kənar tələblər irəli sürdüyünü bildirib. Bu tələblərdən biri isə SEPAH-ın adının terror təşkilatları siyahısından çıxarılması olub.

Related Articles

Bir cavab yazın

Back to top button