İran

Amerikanın İraqdakı Delta qüvvələri SEPAH-ın Qüds qüvvələrinin və Kətaib-i Hizbullahın üzvlərini həbs ediblər

2022-ci il aprelin 19-da səhər saatlarında Amerikanın 160-cı Hava-Desant xüsusi əməliyyatlar alayına aid iki ədəd "MH-47G Chinook" helikopteri və 4 ədəd "MH-60M Black Hawk" helikopteri İraqın Diyalə vilayətindəki Hamrin gölü üzərində peyda olub.

Ağır artilleriya ilə silahlanmış “Black Hawk” helikopterləri gölün cənubunda maşın karvanını dayandıra bilib.

Daha sonra “Chinook” helikopterləri konvoyun yaxınlığında yerə enib və Delta xüsusi hava-desant qüvvələrinin bir qrupu silahlanmış maşınlarla konvoya yaxınlaşaraq avtomobil karvanındakıları həbs edib və onları helikopterlə naməlum yerə aparıblar.

Həmin gün səhər İrana bağlı “Həşd Şəəbi” qruplaşmasına bağlı media orqanları gölün cənub tərəfinə eniş edən vertolyotların termal və gecəgörmə kameraları tərəfindən əldə edilmiş görüntülərini yayıb və Amerika ordusunun özəl qüvvələrinin əməliyyatları barədə ətraflı məlumat vermədən buna etirazlarını bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button