Dünyaİran

Aksios: Baydenin dövləti, İranın atom proqramından nigarandır

Aksios xəbər portalı Azər ayının 9-u Amerika xarici İşləri vəzirliyinin tərəfindən danışan məqamın sözlərinə istinadən yazıb ki, İran atom silahı üzrə irəliləməsi ilə danışıqlarda bizə basqı əhromu qazandırmayacaq.

Həmin məqam Aksiosa deyib: ““Biz İranın atom proqramının davam etdirilməsinin yararlı olmadığını bildirdik”.

Aksios dünən Azər ayının 8-i də iki amerikalı qaynağa istinadən yazmışdır ki, İsrail ötən 2 həftə ərzində Amerikaya və bəzi avropalı müttəhidlərinə bilgilər ötürmüş və bildirib ki, İran uraniumu yüzdə 90 zənginləşdirmək üçün fənni addımlar atır. bu ölkə bir neçə həftədə uraniumun yüzdə 90 zənginləşdirilməsinə doğru gedəcək. Bu səviyyədə zənginləşdirmə atom silahının istehsalı üçün istifadə olunur və İranı atom silahına çatdırır.

İran hal hazırda, yüzdə 60 uranium zənginləşdirir və atom anlaşmasına əsasən icazə verilmiş həddən daha çoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button