İran

POLKOVNİK REZAİDƏN YENİ İFAŞA

Ərdəbil sepahının keçmiş ittilaat rəsi müavini azərbaycan əleyhinə çirkin siyasətləri ifşa edib

Ərdəbil sepaqhının keçmiş ittilaat rəis müavini sərhəng Rezayi İranın Azərbaycan əleyhinə hərəkətlərini açıqlayıb

ANT Xəbər Mərkəzinin məlumatına görə, Ərdəbil sepahınn keçmiş İTTİLAAT rəisinin müavini Sərhəng Rezai Amerikanın Səsinə müsahibəsində: Azərbaycanla İran arasında neft mübadiləsi sazişinə əsasən İran daxili məsrəfi üçün Astara ilə Biləsuarda Azərbaycandan neft almalı idi. Başqa tərəfdən, neft Təbrizdən Naxçıvana göndərilməli idi. Ərdəbilin o vaxtkı ustandarı Əhmədinejad Kərim Fəthi və Sadiq Məhsuli lə əməkdaşlıq edərək Astarada aldıqları neft məhsullarını daxili istehlak üçün deyil, qaçaqmalçılıq yolu ilə Ermənistana keçirib, bununla da böyük sərvət əldə edib. Bu, Azərbaycanda narazılıq yaradıb.

Habelə Sepah işğal altındakı Qarabağ bölgəsinin 5 kilometrliyində Xudafərin səddinin tikintisi bəhanəsi ilə payqah qurub və buradan silahsursatla mnüxəddir qaçaqmalçılığı üçün istifadə etmişdi. İkinci Qarabağ savaşı zamanı Azərbaycan ordusu əraziyə çatanda İran Azərbaycan ordusunun payqaahı boşaltmasına imkan vermək üçün onun irəliləməsinin qarşısını aldı. Təkfirçilərin olması ilə bağlı şayiələr də Azərbaycan ordusu ilə hərhansı ehtimalla qarşıdurma zamanı bu şayiədən istifadə edərək ictimai rəyi inandırmaq üçün yaradılıb. Azərbaycan isə İranla birbaşa münaqişədən qaçmaq üçün başqa məsirdən irəliləməyə davam edib.

Sepahın Güney Azərbaycandakı İttilaat idarəsin Taibin tapşırığı ilə “Azərbaycanın Qorucuları” adlı qüvvə yaradıb. Bu qrupdakı bəzi SEPAHın ittilaat qüvvəlkərinin Baznişəstələri məsələn, təcziyətələbçiliyə qarşı mübarizə aparmaq üçün Kərim Fəthinin başçılığlı altında toplanıb.

Verilişin aparıcısı Mehdi Fəlahati ən demokrat olduğu iddiasına baxmayaraq bir daha sübut etdi ki Azərbaycanla bağlı çirkin siyasətləri ört-basdır etməkdə şah ilə şeyxçilər eyni cəbhədə müttəfiqdilər.

Related Articles

Bir cavab yazın

Back to top button