Azərbaycanİran

Marağada tarixi abidə məhv olmaq təhlükəsindədir

Marağanın tarixi abidələrindən olan Qırmızı Günbəz türbəsi baxımsızlıq ucbatından uçmaq təhlükəsilə üzləşib.

Bu barədə məlumatı Marağanın Mədəni İrs Təşkilatı təsdiqləyib.

Bildirilib ki, günbəzin alt qatına yığılan su binövrənin zədələnməsinə və abidənin təhlükə ilə üzləşməsinə səbəb olub.

Mədəni İrs Təşkilatı hadisənin 8 ay qabaq baş verməsinə, bu barədə bələdiyyəyə məktublar yazılmasına baxmayaraq təmir və bərpa işlərinin aparılmasına başlanılmayıb.

Qeyd edək ki, 1148-ci ildə Marağada tikilmiş Qırmızı Günbəz türbəsi Azərbaycan ərazisində inşa olunmuş ən qədim müsəlman xatirə tikililərindən biri olmaqla yanaşı, Azərbaycan memarlıq tarixində kaşı istifadəsinin ilk bəlli örnəyi olan abidədir.

Related Articles

Bir cavab yazın

Back to top button