Dünya

Almaniyada ukraynalı uşaqlara hücum edilib

Almaniyanın Aynbek şəhərində naməlum şəxs küçədə oynayan ukraynalı uşaqlara hücum edib. Kişi onlardan rus dilində danışmağı tələb edib.

Məlumata görə, kişi müharibəni Ukraynanın başlatdığını deyib və qız uşaqlarından birinin saçından möhkəm dartıb.

Daha sonra o, uşaqlardan birini, 10 yaşlı oğlanı tutaraq körpüdən kanala atıb. Uşaq dəmir tirlərə dəyib və təxminən iki metr hündürlükdən suyun içinə yıxılaraq uzanıqlı vəziyyətdə qalıb.

Kişi daha sonra uşağa doğru şüşə butulka da atıb. Bundan sonra “rus dilinin müdafiəçisi” gedib.

Körpüdən atılan uşaq başından və ayağından yüngül xəsarətlər alıb. Digər uşaqlar ona kanaldan çıxmağa kömək ediblər.

Evə gələn uşaq hadisə barədə  atasına danışıb. Atası polisə və təcili yardıma müraciət edib.

Şahidlərin dediyinə görə, polis uşaqlara  hücum edən şəxsi axtarır.

Related Articles

Bir cavab yazın

Back to top button