AzərbaycanCəmiyyətİran

Almaniyanın paytaxtı Berlində keçiriləcək növbəti “Azadlıq, Ədalət, Milli Hökumət” aksiyasının şüarları açıqlanıb:

“Azərbaycan və Türk düşmənliyinə yox!”, “Qızların zəhərlənməsinə yox!”, “Qadınların məcburi hicab geyiminə yox!”, “Yoxsulluğa, işsizliyə yox!”, “Dövlət terroruna yox!”, “Təbiəti məhv etməyə yox!”, “Fəsada və millətin malını oğurlamağa yox!”

“Biz Avropada yaşayan bütün türkləri (Güney Azərbaycan, Qaşqayi, Türkmən Səhra və Xorasan), eləcə də Quzey Azərbaycanlı və türkiyəli bacı qardaşlarımızı və İran İslam Respublikası rejiminin zülmündən xilas olmaq istəyən bütün azad insanları 20 may tarixində Berlində keçiriləcək “Azadlıq, Ədalət, Milli Hökumət” mitinqinə dəvət edirik ki, millətimizin haqq səsini ən yüksək səviyyədə dünyaya çatdıraq”, – Berlin “Azadlıq, Ədalət, Milli Hökumət” Mitinqi Koordinasiya Mərkəzinin 2-ci Bəyanatında bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button