İran

Hörmətli oxucularımız, siz də molla rejimi kimi, Qərb ölkələrini özünüzə düşmən bilirsiniz? Şərh sizdən…

Məsələn ötən il ABŞ-ni şəxsi düşməni bilən məşhur siyasətçi, İran siyasi məkanında molla rejimi ideologiyasının sadiq və mühafizəkar “qulluqçusu”, 90-cı illərdə mədəniyyət və İslam oriyentasiyası naziri, 2017-ci il seçkilərində prezidentliyə namizəd olan Seyid Mustafa Ağa Mirsəlim həmin ölkənin məhşur idman markası “Reebok”un ayaqqabısında parlamentə gəlmişdir.

Yəni yaşlı siyasətçi Qərb ölkələrinə qarşı nifrət bəsləsə də, ağzında köpüklə durmadan təbliğat aparsa da, onların müxtəlif növ məhsullarından istifadə etməkdən çəkinmir.

Aznewstv dəfələrlə sözügedən ikiüzlü siyasətin təsdiqini oxucularına təqdim edib. Mirsəlim kimi fars-molla rejiminin 44 illik hakimiyyəti dövründə minlərlə gəlmiş-keçmiş siyasətçi riyakar təbliğatla məşğul olub, soydaşlarımızın sərvətləri hesabına özlərinə və yaxınlarına qərbsayağı həyat təmin ediblər:

İslam İnqilabının banisi Ruhullah Xomeyninin nəticəsi İran xalqının pulları hesabına Amerika və Kanadada dəbdəbəli həyat yaşayır.

İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxaninin oğlunun ABŞ-də yaşamaq icazəsi (Green card) olduğu barədə məlumat yayılmışdır.

Tehranın cümə imamı və İran Ekspertlər Şurasının üzvü Ayətullah Məhəmməd İmami Kaşaninin nəvələri xalqın sərvətləri hesabına nümayişkaranə şəkildə dəbdəbəli həyat yaşayırlar.

Related Articles

Bir cavab yazın

Back to top button