Dünya

AMERİKA ÇİNİ TƏHRİM EDƏ BİLƏR

Amerika Honkonqla əlaqədar Çinə qarşı təhrim tətbiq edə bilər.
Amerika Prezidentinin Milli əmniyyəti üzrə müşaviri Robert O’Brayen bunu NBC telekanalına müsahibəsində bəyan edib.
R. O’Brayen bildirib ki, Pekən milli əmniyyət haqqında qanunu qəbul edərək Honkonqu zəbt etsə, Amerika Çinə qarşı qadağalar gerçəkləşdirə bilər. “Çin Kommunist Partiyası 1984-cü ildə Böyük Britaniya ilə Birgə Bəyannamə imzalayarkən vəd edib ki, 2047-ci ilə qədər özünəməxsus həyat tərzi ilə Honkonqun muxtariyyətini saxlayacaq. Ancaq həmin müddətə 27 il qalmış bu qanunla onlar Honkonqu zəbt edir. Çin Honkonqu zəbt etsə, bu halda Honkonqun Asiyanın maliyyə mərkəzi kimi qalacağını təsəvvür etmək çox çətindir. Əgər Pekən bu qanunu qəbul etsə, Amerika Çinə və Honkonqa qarşı təhrim tətbiq edəcək”.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close