Dünyaİran

Amerika: “İran mühüm məsələlərlə bağlı imtiyazlar verib”

Amerikanın Milli Təhlükəsizlik Şurasının bəyanatına görə, atom sövdələşməsi ilə bağlı razılığın əldə olunması İranı nüvə proqramını ləğv etməyə məcbur edəcək.

Amerika Milli Təhlükəsizlik Şurası İranın bəzi həssas mövzularda mühüm güzəştlərə getdiyini açıqlayıb və əlavə edib ki, nüvə müzakirələri zamanı ABŞ prezidenti Co Bayden SEPAH-ın terror təşkilatları siyahısından çıxarılmamalı olduğunu qəti şəkildə vurğulayıb.

Sözügedən şura qeyd edib ki, nüvə anlaşması bərpa olunarsa, İranın 3,67%-dən çox nüvə zənginləşdirməsi qadağan olunacaq və Tehranın uran ehtiyatları 2031-ci ilə qədər 300 kq-dan çox olmamalıdır.

Şuranın bəyanatında bildirilir ki, İran 20% və 60% zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməli və qabaqcıl sentrifuqalarının fəaliyyətini dayandırmalıdır.

https://bit.ly/3PMstX9

Related Articles

Bir cavab yazın

Back to top button