İran

İranın İrəvandakı mədəniyyət müşaviri: “Ermənistanda fars dili tədrisinin gələcəyi parlaqdır”

İranın İrəvandakı mədəniyyət müşaviri Ermənistanda fars dili və ədəbiyyatının tədris olunduğu erməni məktəb və universitetlərinə toxunaraq, burada fars dilinin tədrisi perspektivini müsbət qiymətləndirib.

“İran Economist” saytının xəbərinə görə, “Cənubi Qafqazda fars dili” mövzusunda keçirilən vebinarda çıxış edən Seyid Hüseyn Təbatəbayi habelə İran Mədəniyyət Mərkəzinin gələn ilin mart ayında “Matnadaran” Əlyazmalar İnstitutu ilə birlikdə Qafqazda İran irsi ilə bağlı beynəlxalq konfrans keçirəcəyini açıqlayıb.

Ermənistanda fars dilində tədrislə bağlı məlumat verən Təbatəbayi əlavə edib: “Ermənistanda 11 məktəb fars dilini xarici dil kimi və əsasən könüllü şəkildə tədris edir. Onlardan 7 məktəb İrəvanda, qalanları isə ölkənin digər şəhərlərində fəaliyyət göstərir. Bu məktəblər arasında İrəvandakı 800 şagirdin təhsil aldığı 200 nömrəli məktəbdə fars dili məcburi tədris edilir. O bildirib ki, İranın Ermənistandakı Mədəniyyət Mərkəzinin məqsədlərindən biri də ölkədə fars dilinin xarici dil kimi tədrisinin məcburi olduğu məktəblərin sayını artırmaqdır”.

https://bit.ly/3wmnFRl

Related Articles

Bir cavab yazın

Back to top button