Dünya

Amerika İrana qarşı sanksiya siyahısını genişləndirib

Amerika İrana qarşı tətbiq olunan təhrim listinə daha 16 müəssisəni əlavə edib. Məsələ ilə bağlı məlumat verən Maliyyə Vəzirliyindən bildirilib ki, müəssisələrin əksəriyyəti polad tolidi ilə məşğuldur. Listdə 13 İran müəssisəsi ilə yanaşı, Alman, Böyük Britaniya və Çindən olan bir təşkilat da yer alır. Məlumata görə, sözügedən qərar prezidentin 13871 saylı fərmanına uyğun olaraq verilib.

Listdə İranın 12 qabaqcıl polad və başqa metal məhsulları tolidçisi və 3 xarici ortağı da yer alıb. Söhbət “Bonab Steel Industry Complex”, “Gilan Steel Complex”, “Khazar Steel Co.”, “Pasargad Steel Complex”, “Sirjan Iranian Steel” və başqalarından gedir. Hesabatda deyilir ki, Çin şirkəti “Kaifeng Pingmei New Carbon Materials Technology Co. Ltd.” polad tolidi prosesində lazım olan qrafit elektrodlarının əsas tolidçisidir.

Bundan başqa, təhrimlər İranın nəqliyyat şirkəti olan “Hafez Darya Arya Shipping Company”nin iranlı müdir şəxslərindən birinə də şamil edilib.

Related Articles

Bir cavab yazın

Back to top button