İran

İranda koronavirusun mutasiyaya uğramış növü aşkarlandı

İranda koronavirusun yüksəlişə uğramış yeni növünə yoluxma halı qeydə alınıb. Bu barədə İranın Sağlıq vəziri Səid Nəməki məlumat verib. Vəzirin sözlərinə görə, virusa yoluxan şəxs özünü qərəntinə edib. O bildirib ki, həmin şəxsin yaxınlarında virusun əlamətləri bəlli edilməyib. Səid Nəməki qeyd edib ki, ilk testdə mərizdə koronavirus görünməyib, ancaq növbəti testlərdə bu şəxsdə koronavirusun yeni növü olduğu bəlli olub: “Koronavirusun Britaniya yeni növənə yoluxan şəxs və ailə üzvləri nəzarətə götürülüb. Yeni növün göründüyünü nəzərə alaraq ölkədə sağlıq protokollarının artırılması gərəklidir”, – deyə vəzir vurğulayıb.
İranın Sağlıq vəziri ölkədə koronavirusa yoluxma və ölüm hallarının sayında azalma olmadığını diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button