Dünyaİran

Amerika İranda dinc nümayişlərin yatırılmasını pisləyir

Amerika Dövlət Departamentinin sözçüsü İranda etirazçılara qarşı repressiyaları pislədiklərini bildirib.

Amerika Dövlət Departamentinin sözçüsü Amerikanın İranda vətəndaşların dinc etiraz haqlarını dəstəklədiyini və Tehran hökumətinin dinc etirazçılara qarşı repressiyalarını pislədiyini bildirib.

Dövlət Departamentinin sözçüsü bildirib ki, Vaşinqton “nümayişçilərin fundamental azadlıqlarından dinc şəkildə istifadə etmək hüququnu dəstəkləyir”.

Ned Prays, Amerikanın nüvə danışıqları ilə bağlı İrana qarşı insan haqları sanksiyaları tətbiq etməkdən imtina etmə ehtimalı ilə bağlı suala cavab verib.

“Biz İranı ölkə daxilində baş verən insan haqları pozuntularına və etdiyi hər cür çirkin əməllərə görə məsuliyyət daşıdığını bildiririk”-deyə, Prays qeyd edib.

BMT-nin müstəqil mütəxəssisləri və hüquqşünasları İranda keçirilən sivil etirazların qəddarlıqla yatırılmasını qınayan bəyanat yayıb və rejimin müəllimlərin, işçilərin və həmkarlar ittifaqı fəallarının hüquqlarını müdafiə edənlərin, vəkillərin, insan haqları fəallarının və başqa vətəndaş cəmiyyəti aktivlərinin qanunsuz həbsinin artmasından narahatlıqlarını ifadə ediblər.

İranda insan haqları üzrə xüsusi məruzəçi Cavid Rəhman da daxil olmaqla 11 nəfərlik ekspert qrupunun bəyanatında İran hökumətinin dinc etirazçılara qarşı cavabının zorakılq olduğundan narahat olduqları qeyd ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button