İran

İranda hökumətə yaxın media fəalları həbs edilib

Onlar İnqilab Keşikçiləri Korpusunun təhlükəsizlik bölməsi tərəfindən həbs edilib.

İran İnqilab Keşikçiləri Korpusunun təhlükəsizlik və kəşfiyyat bölməsi hökumətə yaxın bir neçə media fəalını həbs edib.

Bu barədə İran İnqilab Keşikçiləri Korpusunun teleqram kanalı məlumat yayıb və saxlanılanları gizli, yalan məlumatlar yaymaqla hakimiyyət rəsmiləri arasında ixtilaf salmağa cəhd etdiklərini bildirib.

Məlumatda saxlanılanların kimliyi barədə məlumat verilməsə də, bir sıra media orqanlarında onlardan birinin hakimiyyətin mühafizəkar qanadı və “SEPAH” media orqanlarından birinin məsulu Əli Qolhəki olduğunu yazıblar.

Həbs xəbərindən sonra İran parlamentinin üzvü Malik Şəriəti tvitter hesabında paylaşım edərək “SEPAH”a təşəkkür edib və saxlanılanların təhlükəli dairə olduqlarını bildirib.

Həbs edilən Əli Qolhəki mühafizəkar qanada bağlı olmasına baxmayaraq İbrahim Rəisinin tənqidçilərindən biri olub və bundan öncə onun hakimiyyətin hər tərəfli dəstəyi ilə prezident təyin olunduğunu yazıb.

Bir sıra media orqanları Əli Qolhəkini “media zabiti” adlandırır və İran təhlükəsizlik qurumuna bağlı olan media fəalını hakimiyyət rəsmiləri arasında olan ixtilafları bilərəkdən və İran parlamentinin başçısı Məhəmmədbaqir Qalibafın xeyrinə yaydığını bildirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button