Dünyaİran

Amerika İranın məhkəmə və hərbi hakimiyyətinə qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi İranın ədliyyə və qanunverici orqanının məsul şəxsləri və hərbi rəsmilərinə, etirazçılara qarşı avadanlıq istehsal edən və təchiz edən şirkətə qarşı yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Sanksiyaya məruz qalanlar arasında İranın baş prokuroru Məhəmməd Cəfər Müntəzri də var.

ABŞ Maliyyə Nazirliyi İran xalqlarıının üsyanı zamanı Məhəmməd Cəfər Müntazerinin etirazçılara qarşı ağır cəzaların verilməsi əmrini birbaşa verdiyinə diqqət çəkib.

ABŞ sanksiyalarının yeni raunduna, İranın baş prokurorundan başqa, Tehranın “Məhəmməd Rəsulullah” Korpusunun komandiri Həsən Həsənzadə, Bəsic kiberkosmik bazasının rəhbəri Müslim Moin, komandir Sadiq Hüseyni də daxil edilib.

Bununla yanaşı Kürdüstan əyalətinin “Beyt ül-Müqəddəs” Korpusu və  Bəsic təşkilatının koordinator müavinini Hüseyn Marufi də sanksiyalar tətbiq edilənlər siyahısına salınıb.

Related Articles

Bir cavab yazın

Back to top button