İran

İran işğalçı Ermənistanla sərhəd sahəsində əməkdaşlığı gücləndirir

İran Polisinin Sərhəd Qoşunları Komandanlığının sərhəd və hüquq məsələri üzrə müavini Yusefi deyib ki, “İran-Ermənistan sərhədi ən təhlükəsiz və dinc sərhədlərdən biridir”.

O, iki ölkə arasında sərhəd əlaqələrinin yaxşılaşdırılmasının zəruriliyinə toxunaraq deyib: “Bizim Ermənistanla birgə sərhədlərdə hər hansı xüsusi problem yoxdur,  ətraf mühitin və sərhəd çaylarının qorunması üçün xüsusi səylər göstərməliyik”.

Onun sözlərinə görə, Narkotik maddələrin qanunsuz dövriyyəsi və sərhəd pozucuları qonşu dövlətlər və Avropa ölkələri üçün təhlükədir. Həmin ölkələrin sərhəd xidməti xüsusi təyinatlı qüvvələr hazırlayaraq sərhəd pozucularının qarşısını alır”.

Görüşdə Ermənistanın Polis Qərargahının rəisi, polkovnik Armen Mkrtıçyan deyib: “Biz dost və qardaş ölkəyə səfər etdik və burada məqsədimiz iki ölkənin sərhədçiləri arasında sıx və dərinləşən əlaqələrin qurulmasıdır”

Related Articles

Bir cavab yazın

Back to top button