İran

Amerika İranın nazirlik və təşkilatına sanksiya tətbiq edəcək

İranın Difa Vəzirliyi və Atom Enerjisi Təşkilatı Amerikanın təhrimlər listinə salınıb. Belə ki, Amerika İranın bir sıra qurumlarına və şəxslərinə, o cümlədən Difa Vəzirliyinə qarşı daha çox təhrim icra edildiyini elan edib. Məsələ ilə bağlı Amerikanın xarici işlər vəziri Mayk Pompeo məlumat verib. O, ölkə başçısı Donald Trampın fərmanı ilə İrana qarşı təhrimlərin icra olunduğunu bildirib.
Mayk Pompeonun sözlərinə görə, Donald Trampın yeni fərmanının ilk mərhələsində, Amerika İranın Difa Vəzirliyini və bu ölkənin Difa Sənayesi Təşkilatını təhrim edəcək.
“Bugünkü addımımız İrana qarşı silah təhrimini pozan hər kəsin Amerika təhrimlərinə məruz qalacağı barədə xəbərdarlıqdır”, – deyə vəzir qeyd edib.
Amerikanın Xəzanədarlıq vəziri Stiven Manuçen də məsələyə münasibət bildirib. Onun sözlərinə görə, İranın atom və raket proqramları dünyada sabitliyi və əmniyəti pozur.
“Bu gün Amerikanın Xəzanədarlıq Vəzirliyi İranın raket və atom proqramını dəstəkləyən qurumları, eləcə də İranın atom və raket proqramlarına nəzarət edən yüksək məqamları təhrim edir”, – deyə Stiven Manuçen bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button