Dünya

ASTANA ONLAYN ZİRVƏ GÖRÜŞÜNÜN BİRGƏ AÇIQLAMASI YAYILDI

Türkiyə, İran və Rusiya prezidentləri Astana prosesi liderlərinin onlayn iclasında Suriyadakı vəziyyəti və 16 septambr 2019-cu il tarixli Ankara iclasından sonra gedən son prosesləri nəzərdən keçirilib. Prezidentlər üçtərəfli həmahəngliyi möhkəmləndirmək əzmində olduqlarını bir daha vurğulayıblar.

Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani və Vladimir Putinin qatılımı ilə ötən gün Tehranın ev sahibliyi ilə video konfrans şəklində keçirilən Astana prosesinin altıncı zirvə toplantısının yekun birgə açıqlaması təsvib edilib.
Suriyanın milli hakimiyyətinə, müstəqilliyinə, birliyinə və torpaq bütövlüyünə, habelə Birləşmiş Millətlər Təşkilatının mənşurunun hədəflərinə və prinsiplərinə bağlı qaldıqlarını vurğulayan dövlət başçıları həmin prinsiplərə hamı tərəfindən ehtiram edilməli olduğunu bildiriblər.
Suriyanın şimal-şərqindəki vəziyyəti müzakirə edən üç prezident, bölgədə əmniyətə və sabitliyə nail olmağın yalnız bu ölkənin milli hakimiyəti və torpaq bütövlüyünün qorunması sayəsində mümkün olduğunu vurğulayıblar.
Onlar həmahəngli şəkildə birgə səylərin gerçəkləşdirilməsini vacib hesab edərək, Suriyanın neft gəlirlərinin qanunsuz olaraq ələ keçirilməsinə və daşınmasına qarşı çıxdıqlarını bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button