Dünya

Amerika Konqrəsinin Cümhuriyyətçiləri Baydenin hərkətlərini araşdırmaq üçün yığıncaq keçiriblər

Amerikalı vətəndaşların hamısının çıxarılmadığından öncə Amerikanın Əfqanıstanda nizami hüzuruna son qoymaq üçün Co Baydenin hərəkəti, Amerikanın siyasi və nizami məqamlarının geniş intiqadlarına səbəb olub. Amerikanın Nümayəndələr Məclisi Cümhuriyyətçilərinin rəhbəri Kevin Mak Karti, Şəhrivər ayının 8-i bu yöndə Nümayəndələr Məclisinin Cümhuriyyətçiləri Baydenin hərəkətlərini araşdırmaq üçün Vaşinqtonda toplantı keçirdiklərini bildirib.
Eyni vaxtda, amerikalı əməkli 90 general və admiran açıq bir məktubla Amerikanın savunma vəziri Lloyd Astin, və Amerikanın Ordu Qərargahının rəisi Mark Milidən istəyiblər ki, Amerikanın Əfqanıstandan çıxması ilə ilgili “ilkin vəzifələrini yerinə yetirməkdə qüsura” yol verdiklərinə görə vəzifələrindən istefa versinlər.
Amerikanın keçmiş prezidenti Donald Tramp isə bu barədə bir bəyaniyyədə deyib, Taliban Əfqanıstanda qalmış 85 milyard dolar Amerika nizami təchizatının “sonuncu penisinədək” geri qaytarmayana kimi Vaşinqton bu qrupa qarşı dayanmalı və “biz nizami qüvvə ilə ora getməli və təchizatı geri almalı, ya da azından onları bombayla məhv etməliyik. Kimsə belə bir axmaqlıq olacağını təsəvvür etmirdi. Bayden, Əfqanıstandan Amerikanın çıxmasını Amerika tarixində ən pis savaşın bitirilməsinə çevirdi.”

Related Articles

Bir cavab yazın

Back to top button