Dünyaİran

İrana bağlı Hizbullah üzvləri və başqa yaraqlılar Suriyada çox sayda mülklər alıblar

İrana bağlı Lubnanın Hizbullah qrupunun üzvləri və başqa suriyalı olmayan yaraqlılar Suriyada öz mövqe və nüfuzlarını genişləndirmək üçün Dəməşqdə 870 yerdə torpaq və 315 mənzil alıblar.
Bundan başqa, Suriya İnsan Haqları Monitorinq Mərkəzi də Suriyada fəaliyyət göstərən İrana bağlı yaraqlıların Dəməşqin quzey doğusunda yerləşən Bludan bölgəsində lüks mənzillər və villalar ələ keçirdiyini bildirib.
Təşkilat qeyd edir ki, onlar Suriya ilə Lubnan sınırında isə mənzil və başqa daşınmaz əmlaklar almağa da davam edirlər.
İrana bağlı yerli olmayan yaraqlıların bu addımları, Suriya qanunları ilə qadağandır. Ancaq görünür Bəşər Əsəd rejiminin əmniyət gücləri bunlara göz yumurlar.

Related Articles

Bir cavab yazın

Back to top button