İran

AMERİKA “NƏTƏNZ”DƏKİ YANĞINDA İRAN REJİMİNİ GÜNAHLANDIRDI

Amerika Xarici İşlər Vəzirliyinin sözçüsü “Nətənz” ətom saytında baş verən şübhəli yanğın hadisəsi ilə bağlı “VOA”ya açıqlama verib. “Biz İranda atom təsisatında baş verən yanğınla bağlı xəbərləri izləyirik. Bu hadisə, İran rejiminin hələ də öz xalqının ehtiyaclarını qarşılamaqdan daha çox, hədəfindən sapmış atom proqramına üstünlük verməyə davam etməsinin növbəti bir xatırlatmasıdır”, – deyib.
Amerikanın Milli Oqyanus və Atmosfer İdarəsinin mahvarəsindən toplanan bilgilər yanğının 12 tir, cümə axşamı, yerli vaxtla 02:00-da “Nətənz” atom saytının şimal-qərb küncündə baş verdiyini göstərir. Yanğının alovlarından gələn işıq o qədər yüksək olub ki, mahvarə onu fəzadan aşkar edə bilib.
Vaşinqtondakı Beynəlmiləl Elm və Əmniyət İnstitutunun tədqiqatçısı Sara Bernard bildirib ki, İranın Atom Enerjisi Təşkilatı tərəfindən yayımlanan görüntülər İranın santrifyuj montaj mərkəzinə ciddi ziyan dəydiyini göstərir.
Habelə, Demokrasilərin Difa Bunyadının böyük tədqiqatçısı Behnam Talıblı VOA-ya açıqlamasında İran rejiminin nizami və atom saytlarında baş verən olayla bağlı hər hansı şayiəni əhəmiyyətsiz və cüzi təqdim etməyə çalışdığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button