Dünya

İSRAİL İRANIN ATOM TƏSİSATINI BOMBARDMAN EDİB?

İsrail baş vəzirinin dəftərinin keçmiş müşaviri Edi Kohen, bu gün İranın atom təsisatında baş verən partlayış və yanğının İsrailin döyüş uçaqlarının həmləsi nəticəsində baş verdiyini iddia edib.

Bu iddia, İran və İsrail məqamları tərəfindən nə təyid nə də təkzib edilməyib.

2004-2012-ci illər arasında 8 il İsrail baş vəzirinin müşaviri olan Kohen bu barədə açıqlamanı öz Tvitter səhifəsində yayıb.

Kohenin ərəb dilində yazdığı tvitdə, Qərbin ittilaat mənbələrinə istinadən, “İranın ən böyük uranyomu geniləşdirmə təsisatı”nın İsrailin F-16 döyüş uçaqları tərəfindən bombaran edilərək məhv edildiyi iddia edilib.

O bildirib ki, İran rusiyalı mütəxəssislərdən atom təşəşonu izləmək və hadisəni araşdırmaq üçün İrana gəlmələrini istəyib.

Related Articles

Bir cavab yazın

Back to top button