İran

Amerika: “Nüvə sazişinin canlandırılması ilə bağlı İranla heç bir anlaşma əldə olunmayıb”

Avqustun 30-da Amerika Dövlət Departamenti Vaşinqton və Tehran arasında Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində nüvə sazişinin bərpasına dair razılığın əldə olunması ilə bağlı xəbərləri təkzib edib.

Amerika Dövlət Departamentinin sözçünün müavini Vedant Patel telefon vasitəsilə keçirdiyi mətbuta konfransında müxbirin razılaşmanın əldə olunduğu və yaxın bir-iki həftə ərzində elan ediləcəyi ilə bağlı sualına cavab olaraq, “bu yalandır və İranla belə bir razılaşma əldə olunmayıb” deyib.

“Avropa Birliyinin təklif etdiyi yekun mətnlə bağlı İranın şərhlərini aldıq və 24 avqustda Avropa Birliyinə cavabımızı verdik. İndi cavab vermək İrandan asılıdır”-deyə, Dövlət Departamentinin rəsmisi bildirib.

Bununla yanaşı Patel, dünya, xüsusən də region ölkələrinin Rusiya ilə İranın əməkdaşlığından və bu iki ölkə arasında müttəfiqliyin dərinləşməsindən ehtiyatlı olmalı olduqlarını,  Amerikanın bu iki ölkəyə qarşı bütün sanksiyaları sərt şəkildə tətbiq edəcəyini qeyd edib.

İran rəsmilərinin isə son günlər məsələ ilə bağlı verdikləri açıqlamalar razılaşmanın əldə olunacağı ehtimalının olduqca zəiflədiyindən xəbər verir.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin İrandan tələblərinin  artdığını, bu tələblərin isə sanksiyalara görə icra oluna bilməyəcəyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button