Dünya

AMERİKA RUSİYA İLƏ DAHA BİR YOLUNU AYIRDI

Tramp” “Rusiya öhdəliklərini yerinə yetirənə qədər ilə Açıq Səma Sazişindən çəkiləcəyik.
Rusiya ilə münasibətlərimiz çox yaxşıdır, lakin onlar bu sazişə riayət etmir. Ancaq bu, yeni bir razılaşma əldə etmək ya da elə bu sazişi yenidən qaydasına qoymaq üçün yaxşı fürsətdir. Biz bu sazişdən çəkildikdən sonra Rusiyanın geri qayıdacağını və yeni bir saziş bağlamaq istəyəcəyini düşünürəm”, – deyə bildirib.

Bildirək ki, Açıq Səma Sazişi 1992-ci ildə bağlanıb. Sənədi əksəriyyəti NATO üzvü olan 34 ölkə imzalayıb. Sazişə əsasən, tərəflər bir-birlərinin hava məkanında silahsız müşahidə uçuşları həyata keçirə bilərdilər.

Bu qərar qəbul ediləcəyi təqdirdə Amerika Rusiya ilə bağladığı 3-cü sazişdən çəkilmiş olacaq. Belə ki, bu vaxta qədər Vaşinqtonla Moskvanın tərəf olduğu daha iki saziş ləğv edilib. Onlardan biri 2016-cı ildə İranla Birləşmiş Millətlər Sazmanı əmniyyet Şurasının 5 daimi üzvü və Almanın bağladığı atom sazişi idi ki, Tramp hakimiyyətə gəldikdən qısa müddət sonra müqavilədən geri çəkildiklərini elan etdi və İrana qarşı sərt təhrimler tətbiq edilməyə başlanıldı. Digəri isə 1987-ci ildə Ameriknanın Sovet İttifaqı arasında bağlanan, SSRİ-nin dağılmasından sonra isə Rusiyanın öhdəliklərini qəbul etdiyi Ortamənzilli atom Gücü Sazişi idi. Tramp bu qərarında da Rusiyanın öz öhdəliklərini yerinə yetirməməsini əsas gətirmişdi.
Hazırda Amerika ilə Rusiya arasında qalan yeganə saziş New START, yəni Strateji Silahların Azaldılmasına dair Yeni Müqavilədir. 10 il müddətinə bağlanan bu razılaşmanın vaxtı isə 2021-ci ildə bitir və görünən odur ki, Vaşinqton bu sazişin də müddətini uzatmaq niyyətində deyil.

Related Articles

Bir cavab yazın

Back to top button