Dünya

Amerika, Şəhrivər ayının 9-a kimi Əfqanıstandan tamamilə çıxacaq

AN.T Co Baydenin açıqlamasına istinadən xəbər verir ki, “Amerika Əfqanıstan cəngində öz hədəflərinə çatdığına görə Amerikanın qüvvələri Şəhrivər ayının 9-a kimi Əfqanıstandan tamamilə çıxacaq, amma, bu ölkənin milləti Əfqanıstanın taleini özləri təyin etməli olsalar da, bu ölkənin millətini himayə etməyi davam etidirəcəyik”. Deyə, Amerikanın başqanı bildirib.
Bayden bu sözləri, Tir ayının 17-i, öz xəbər toplantısında deyib, habelə artırıb ki, “Amerikanın Əfqanıstanda cəngdən hədəfi, 11 Septambr olayını törətmiş teroristlərə qarşı çıxmaq, Bin Ladeni cəzalandırmaq və Əfqanıstanın teroristlərin toplaşan yerinə çevrilməsinin qarşısını almaq olub və Vaşinqton bu hədəflərinə çatıb. Amerika Əfqanıstanı qurmağa getməyib və bu ölkənin öz milləti, öz talei barədə təsmim tutmalıdır. Amerikanın Əfqanıstan millətini, özəlliklə bu ölkənin qadın və qızlarını himayə etməsi və Amerikanın Əfqanıstanda diplomatik hüzuru davam edəcək, eləcə də ölkənin uluslararası hava limanlarını qorumağa öz müttəhidləri ilə həmkarlıq edəcək.”
Pentaqonun bildirisinə görə amerikalı qüvvələrin yüzdə 90-ı Əfqanıstandan çıxarılıb.
Qeyd edək ki, Amerika qüvvələrinin Əfqanistandan çıxmaqları ilə yanaşı, Taliban terorçu qrupları gözlənilmədən bir çox əyalətləri ələ keçirib və bu proses sürətlə davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button