Dünyaİran

İki gömrüyün Taliban tərəfindən təsərrüf olunması ilə İranın Əfqanıstanla ticarəti kəsilib

Taliblərin quvvələri Əfqanıstanla İranın mərzləridə yerləşən iki gömrüyü, Tir ayının 17-i, Hərat və Fərah vilayətlərində təsərrüf edib. Bununla eyni vaxtda İranın gömrüük məqamının dediyinə görə Doğarun və Mahirud mərzlərində ticarət, sonrakı bildirişədək dayandırılıb.
Taliblər, öncə, axşam Tir ayının 17-i, İran ilə Əfqanıstanın arasında başlıca keçidlərdən biri olaraq Hərat Vilayətində yerləşən İslam Qala mərz terminalını təsərrüf edib.
Əfqanıstanın iki yüksək əmniyyət məqamı Royterzə bildiriblər ki, gömrük təsərrüf olandan sonra Əfqanıstanın əmniyyət və gömrük məqamları mərzin otayına qaçmalı olublar və müəyyən sayda əfqan sərbazları da İranın torpağına sığınıblar.
Həmin məqamlardan biri Nur Əhməd Məhəmmədi deyib ki, Taliblər yaraqlıları dövlət quvvələri ilə döyüşdən sonra İslam Qala mərz keçidini keçiriblər.
İctimai Şəbəkələrdə paylaşılılan videolarda görünür ki, İranın mərzi qoruma quvvələri, mərzin sıfır nöqtəsində Taliblər ilə danışıq aparırlar.
İranın gömrüyü adından danışan Ruhulla Lətifi, Əfqanıstan mərzində İslam Qala və Əbunəsr Fərahi gömrüklərinin təsərrüf olunduğunu təsdiqləyərək deyib ki, iranlı ka:la sahibləri və tacirləri, sonrakı bildirişə qədər Doğarun və Mahirud mərəzlərinə ticarət məhmulələri göndərməsinlər.

Related Articles

Bir cavab yazın

Back to top button