Dünyaİran

Amerika və üç Avropa ölkəsi İranın atom razılaşması üzrə öhdəliklərini pozmasından ciddi nigaranlığını bildirdi

Bu həftə sonu Viyəndə danışıqlarının yeni mərhələsi öz işinə başlayarkən Amerika, İngilistan, Alman və Fəransə İranın atom razılaşması üzrə öhdəliklərini davamlı olaraq pozmasından nigaranlığını bildiriblər. Onlar İranı atom razılaşması üzrə öhdəliklərinə qayıtmağa çağırıblar.

İngilistan, Fəransə və Alman Uluslararası Atom Enerjisi Ajansının İdarə Heyətinin toplantısında yaydıqları birgə açıqlamada, atom anlaşmasının canlandırılması üçün keçirilən Viyən danışıqları ilə eyni vaxtda atom öhdəliklərinin pozulmasından dərin təəssüflərini bildiriblər.

Üç Avropa ölkəsi habelə atom anlaşmasının tam icrasını toplu əmniyətin mənafeyinə uyğun hesab edərək, onun tam həyata keçiriləcəyi halda bu anlaşmaya bağlı qalacaqlarını vurğulayıblar.

Açıqlamada, İrandan Viyən danışıqlarının diplomatik fürsətindən istifadə etməsi və atom anlaşmasını pozan hər hansı addımı ləğv edərək tam öhdəliklərinə qayıtması istənilib. Başqa tərəfdən, Amerikanın Xarici İşlər Vəzirliyinin sözçüsü Ned Prays çərşənbə günü mətbuat konfransında deyib ki, Amerika İranın tapılan uranyom izləri barədə Uluslararası Atom Enerjisi Ajansına güvənli bilgilər verməkdən yayınmasından “dərindən nigarandır”.

Related Articles

Bir cavab yazın

Back to top button