İran

Avtoqəza nəticəsində ölən və yaralananlar var

Meshginşəhr-Parsabad yolunda minibusun “Peugeot” səvari maşını ilə toqquşması ən azı 4 nəfərin ölümünə, 16 nəfərin isə yaralanmasına səbəb olub.
Meşginşəhrin Hilal Əhmər Cəmiyətinin rəisi Şəhram İbrahimi, hadisənin cümə günü axşam saatlarında Meşginşəhr-Parsabad yolunda meydana gəldiyini bildirib.
Meşginşəhrin Hilal Əhmər Cəmiyətinin rəisinin sözlərinə görə, Ənqut və Meşginşəhr şəhərlərinin Hilal Əhmər və Urjans qüvvələri yaralıları Meşginşəhrin Vəliəsr mərizxanasına aparıblar.
Yerli mənbələr Məşginşəhr-Parsabad yolunu ölüm yolu və Ərdəbil ustanının təsadüflərin ən çox meydana gəldiyi yollarından biri adlandırırlar. Belə ki, son bir neçə gündə də bu yolda baş verən başqa təsadüflər ən az 20 nəfərin ölümünə səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button