Dünya

AMERİKA VƏ BƏHREYN İRANLA BAĞLI DANIŞIQLAR APARIB

İrana qarşı təslihat təhrimi bölgədə sübatın zəmanətidir.
Amerikanın İran üzrə Özəl Nümayəndəsi Brian Huk və Bəhreynin yüksək vəzifəli məqamları Tehranla bağlı ortaq fikrə gəlib. Onlar İrana qarşı təslihat təhriminin olunmasını Orta Şərqdə sübat üçün önəmli addım adlandırıb. Birləşmiş Millətlər Təşkilatının -nin Əmniyyət Şurasından təslihat təhriminin vaxtını uzatmağı istəyiblər. Bu iki ölkə, Tir ayının 9-da keçirdikləri danışıqlardan sonra ortaq bir bəyaniyyə yayıb. İranın təhdidləri ilə mübarizədə daimi öhdəlik daşıdıqlarını vurğulayıblar.
Qeyd olunub ki, etnik gərginlik yaradan İran,terroristlərə silah çatdrımaqla Bəhreynin sübatını və əmniyyətini sarsıtmağa çalışıb. İranın belə cəhdlərinə baxmayaraq, Bəhreyin öz dəyərlərinə sadiqdir. Bu ölkə xalqının sülh və birlik içərində yaşamağı hər şeydən üstün tutur.
Bəyaniyyədə deyilir: “İranın tərəfindən silah daşınması nəticəsində bölgəyə, xüsusilə də Bəhreynə qarşı ciddi təhdid var. İrana qarşı təslihat təhriminin vaxtı bitməzdən qabaq onun vaxtı uzadılsın. Bu təhrim yaraqlılara İranın silah göndərməsi ilə mübarizə üçün önəmli bir vasitə olaraq bölgənin sübatına və İranın cavabdeh olmasına gətirib çıxarar. Əmniyyət Şurası beynəlmilər əmniyyətin və sülhün qorunması məsuliyyətinə bağlı qalmaqla İrana qarşı təslihat təhriminin vaxtını uzatmalıdır”.
Bildirək ki, Atom Razılaşması BƏRCAM-a əsasən İrana qarşı təslihat təhriminin vaxtı Oktobr ayında bitəcək. Amerika isə 2018-ci ildə BƏRCAM-dan çıxdığı üçün təhrimlərin yenidən qaytarılması mekanizmini edə bilmir. Elə buna görə də Vaşinqton Birləşmiş Millətler Təşkilati-nin Əmniyyət Şurası vasitəsi ilə İrana qarşı təslihat təhriminin uzadılmasına çalışır.

Related Articles

Bir cavab yazın

Back to top button