Dünya

SAKİNLƏR QORXDUQLARI ÜÇÜN EVLƏRİNİ TƏRK EDİR

Myanmar ordusunun nizami əməliyat keçirəcəyi ilə bağlı xəbərdarlıqdan sonra minlərlə kənd sakini Raxinadakı evlərini tərk edib.

“Reuters” bir millət vəkilinə və bir insani qrupa istinadən xəbər verir ki, Myanmarın Raxina ustanında minlərlə kəndli, yerli qurumun həmin bölgələrdə ordunun əməliyat planı ilə bağlı ixtarından sonra ordan çıxmaq qərarına gəlib.

Məlumata görə, kəndlilərin ordunun əməliyyatından qorxaraq qaçdıqları barədə xəbərlər yayıldıqdan bir neçə saat sonra, Myanmar dövlətinin sözçüsü mərz məqamları tərəfindən verilən kəndləri boşaltma əmrinin ləğv edildiyini bildirib.

Myanmarın mərz məqamları çərşənbə günü kənd rəhbərlərinə namə göndərməklə ixtar veriblər və “Reuters” həmin namənin bir nüsxəsini yayıb. Sənədin həqiqiliyi Myanmar dövlət vəziri sərhəng Min Tan tərəfindən təyid edilib.

Bu namədə, qiyamçıların sığınacaq yeri olduğu güman edilən kəndlərdə nizami əməliyyatlara başlanmasının nəzərdə tutulduğu deyilib.

Related Articles

Bir cavab yazın

Back to top button