Azərbaycan

Təbrizli körpə qız Sevgi bir ildir hələ də şəxsiyyət vəsiqəsindən məhrumdur

Şərqi Azərbaycan vilayətinin Miyana şəhərindən olan bir yaşlı Sevgiyə adının İran Qeydiyyat İdarəsinin tərtib etdiyi siyahıda olmadığı üçün şəxsiyyət vəsiqəsi verilmir.

Şərqi Azərbaycan vilayətinin Miyana şəhərindən olan bir yaşlı Sevgiyə adının İran Qeydiyyat İdarəsinin tərtib etdiyi siyahıda olmadığı üçün şəxsiyyət vəsiqəsi verilmir.

“Aznews tv” xəbər verir ki, Sevginin anası Rəna Palar sosial media hesabında bununla bağlı etdiyi paylaşımda qızının bir yaşının olmasına baxmayaraq, ona şəxsiyyət vəsiqəsi ala bilmədiklərini yazıb.

“Dekabrın 29-da qızım Sevginin bir yaşı tamam oldu. Ancaq Təbriz şəhər Qeydiyyat İdarəsinin irəli sürdüyü maneələr ucbatından (Sevgi adının türkcə olmasına görə) ona şəxsiyyət vəsiqəsi ala bilməmişik”-deyə, Rəna Palar yazıb.

Bundan öncə Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaşanıb və məsələ ictimailəşdirilib.

Ayıl, Sevgi, Yağış, Anar, Atakan, Oğuz, Türkay, Elcan, Tarkan, Alparslan və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciət edib, sosial mediada etirazlarını bildiriblər.

İnsan haqları sahəsində fəaliyyət göstərən “Ərk”-Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, BMT-nin Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib. Hesabatda “İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı alçaldılması” da vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button