Dünya

AMERİKA VENEZUELAYA NEFT DAŞIYAN İRAN TANKERLƏRİNƏ XİDMƏTLƏR GÖSTƏRİLMƏSI BARƏDƏ İXTAR VERİB

Amerikanın Venezuela üzrə xüsusi nümayəndəsi 9 xordad, cümə günü ölkələrə, bəndərlərə, nəqliyə şirkətlərinə və biməçilərə Venezuelaya neft daşıyan İran neft tankerlərinə xidmətlər göstərəcəkləri halda təhrim olunacaqları barədə ixtar verib.
Eliot Abrams Reuters-ə bildirib ki, İran və Venezuelaya qarşı basqı kəmpeyni hər hansı həmkarlığın və ya yardımın çox xətərli olacağından əmin olanadək davam edəcək.
“Biz İran və Venezuela arasındakı yol boyu dünyada dənizçilik şirkətlərinə, gəmi sahiblərinə və xarici biməçilərə ixtar vermişik”, – deyə əlavə edib.
Amerika dövlətinin Venezuela üzrə xüsusi nümayəndəsi bu sahədə diplomatik ixtarların xüsusi olaraq dünya dövlətlərinə göndərildiyini bildirib.
Bu barədə Reuters-ə bilgili mənbə də məlumat verib ki, Cəbəl ət Tariq həmin tankerlərin yolu üstündə yerləşdiyi üçün ixtar alan ölkələrdən biridir.

Related Articles

Bir cavab yazın

Back to top button