İran

Azərbaycanlı fəal Mehrdad Şeyxi həbs olunub

Azərbaycanlı fəal Mehrdad Şeyxi fevriyənin 27-də Qərar İcra Birliyi tərəfindən tutuqlanıb. O, 6 aylıq həbs cəzasını çəkməsi üçün Ərdəbil zindanına aparılıb. Bildirək ki, fəal 1398-ci ilin 29 abanında etirazlarda iştirak etməsi səbəbilə Ərdəbildə atası evində həbs olunub. Azər ayının 9-da 30 milyon tümən kəfalət qarşılığında müvəqqəti azadlığa buraxılıb. Daha sonra Mehrdad Şeyxi Ərdəbilin İnqilab Məhkəməsi tərəfindən “İran İslam rejiminə qarşı mənfi təbliğat aparma” ittihamı ilə təqsirləndirilib və 1 il həbs cəzası alıb. Ancaq fəalın etirazı nəticəsində cəza müddəti 6 aya endirilib. Qeyd edək ki, Mehrdad Şeyxinin qardaşı Behnam Şeyxi də Dünya Anadili Gününü qutlaması bəhanəsi ilə 2 il həbs cəzasına məhkum edilib. O, hazırda Tehranın Evin zindanında saxlanılır.

Related Articles

Bir cavab yazın

Back to top button