İran

Ərdəbildə məhsulun emal sənayesi ilə bağlı hansı problemlər var?

Ərdəbil ustanında sadirat, saxlama və məhsulu çevirmə sənayesi üzrə əsaslı bərnamələr yoxdur. Məhsulu çevirmə və təkmilləşdirmə sənayesinə diqqətin ayrılması Ərdəbildə tolid edənlərin dünya bazarında rəqabət edə bilmələrinə kömək edə bilər. Məlumata görə, ustanın qeyri-nəft məhsullarının sadiratında zəyif olmasına səbəb əkin məhsullarının çoxunun xam satılmasıdır.
Amara görə Ərdəbil Ustanında 4.5 milyon ton əkin məhsulu, ətlik heyvan və bağ məhsulu tolid olunur. Bu da ölkə üzrə kənd məhsullarının ümumi tolidinin yüzdə 4- nü təşkil edir. Ustan 12 məhsulun tolidinə görə ölkə üzrə 8-ci yeri tutur.
Bu məhsulların yüzdə 23-ü məhsulu çevirmə sənayesinə cəzb olunur. Belə ki, bu sənaye üzrə işlərin görülməsi kənd bölgələrində işlə məşğulluğun artmasına səbəb ola bilər. Bu üsulla da kəndlilərin şəhərə axışmasının qarşısını almaq mümkündür. Ərdəbil Ustanı “Kişavərzi Cəhad” İdarəsinin rəisi Xəlil Nikşad məsələ ilə bağlı münasibət bildirib. “Məhsulu çevirmə sənayesi üzrə sərmayə yatırmaq istəyənlərin dövlət tərəfindən himayə olunmaları bizim üçün başlıca məsələdir. İlgili idarələr lazım olan həmkarlıqları etməlidirlər” deyə o, bildirib.
Ərdəbilli bağçılarından biri Rza Əzimnijadın sözlərinə görə, Ərdəbildə münasib satış bazarı yoxdur. “Hər il mənfəət əvəzinə ziyana məruz qalırıq. Biz öz məhsullarımızı yerli məhsulu çevirmə və təkmilləşdirmə karxanalarına sata bilsəydik, müşkülümüz olmazdı. Amma Ərdəbil Ustanında belə karxanalar olmadığına görə məhsullarımız çox aşağı qiymətə satılır. Mən öz bağımın gilasını kilosu 2 min tümənə satmışam. Onları yerləşdirməyə cəbənin qiyməti isə 5 min tüməndir. Hər cəbədən 30 min tümən gəlirim olub. Amma gilas kompotunun bazarda qiyməti 15 min tüməndir. Bu isə iqtisadi baxımdan bizə sərf etmir” deyə o, qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button