İran

BİLƏSUVARDA İÇMƏLİ SU QITLIĞINA GÖRƏ ETİRAZ

Nəzər-əli Bulağı kəndinin sakinləri kənddə içməli suyun çatışmazlığına etiraz etmək üçün Ərdəbil əyalətinin Biləsuvaar şəhərinin fərmandarisi önünə toplaşıblar.

Kənd sakinlərinin sözlərinə görə, 20 ilə yaxındır içməli su qıtlığından əziyyət çəkirlər. Muxtəlif məsul və orqanlara etiraz etsələr də, indiyə qədər heç bir nəticə əldə edə bilməyiblər.
Kəndin içməli suyu uzun illərdir su tankerləri ilə təmin olunur. Ancaq sakinlərinin sözlərinə görə, tankerlərin bir çox hallarda qapağı olmadığından içməli adlandırılan bu su toz-torpaqla dolu olur.
Əlavə edək ki, Biləsuvar şəhərində içməli su qıtlığından əziyyət çəkən bir çox kənd var. Biləsuvarın Fərmandarı Həsən Qubadinin sözlərinə görə, su problemi olan kəndlərin sayı 312-ə çatır.

Xatırladaq ki, su problemini həll etmək üçün 1388-ci ildən bəri Biləsuvar şəhərindəki bəzi kəndlərə “Xorozlu” adlı tərhinin xəbəri verilibdir. Projənin hədəfində 170 kəndin suyunu təmin etmək olub. Buna baxmayaraq, projənin icrai işləri 10 ildən sonra hələ ilkin mərhələdə dayanıb.

Related Articles

Bir cavab yazın

Back to top button