Azərbaycan

Amerikanın dövlət katibi Azərbaycan prezidentinə zəng edib

Amerikanın Dış İşləri baxanı Antoni Blinken Azərbaycan Cümhuriyyətinin Prezidenti İlham Əliyevə telefonda danışıb. Antoni Blinken Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafına toxunaraq ilişkilərin daha da möhkəmləndirilməsinin önəmini bildirib. Ölkə məqamı Güney Qaz Dəhlizi projəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulayıb, habelə Azərbaycanın Əfqanıstanda barışcıl tapşırıqda iştirakını yüksək dəyərləndirib.
Azərbaycan Cümhuriyyətinin Prezidenti İlham Əliyev telefon zənginə görə minnətdarlığını bildirib. Dövlət başçısı Güney Qaz Dəhlizi projəsinin icrasına verilən dəstəyə görə Amerika hökumətinə təşəkkür edib. Söhbət zamanı Ermənistan-Azərbaycan savaşından sonrakı durumla bağlı danışıqlar aparılıb. Prezident İlham Əliyev bu məsələ barədə Azərbaycanın mövqeyini çatıdırıb, ermənilər tərəfindən dağıdılan ərazilərində yenidən qurma işlərinin gerçəkləşdiriləcəyini deyib.
Azərbaycan Prezidenti bu günlərdə Amerika Prezidentinin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatına da diqqət çəkib. İlham Əliyev vurğulayıb ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, savaşdan sonra bölgədə çox önəmli və müsbət rol oynayıb. Bundan başqa, Co Baydenin açıqlamasının Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılandığı diqqətə çatdırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button