İran

Millət vəkili İran telekanalının iddialarına etiraz edib

Azərbaycanlı millət vəkili İran televizyonunda görkəmli şair Məhəmməd Füzuli barəsində ihanətli məlumatların yayımlanmasına sərt etirazını bildirib. Belə ki, İslami Şura Məclisinin Milli Əmniyyət və Xarici Siyasət Komisyonunun üzvü Mahmud Abbaszadə Meşkini məsələ ilə bağlı İran Radio-Televizonunun başçısı Əbduləli Əli Əsgəriyə məktub göndərib.
“Bildiyiniz kimi, televizyonun dərs verilişində müəllimlərdən birinin tədrisi zamanı məşhur Azərbaycan şairi, ədib və həkim, onuncu qərnin adlı-sanlı natiqlərindən sayılan Molla Məhəmməd Füzuli təhqir edilib. Bu qədər fəzl, hikmət, müdriklik, söz və qəzəl bilgisiz bir müəllimin cəhaləti, savadsızlığı, bəlkə də dar düşüncəsinin girovuna çevrilib. Bu hal bölgənin milyonlarla ədəbiyyat və fərhəng sevərinin qəlbini yaralayıb”, – deyə məktubda bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button