Dünya

Amerikanın Enerji Nazirliyinin şəbəkəsi kiber hücumuna məruz qalıb

Amerikanın Enerji Vəzirliyinin şəbəkəsinə haker hücumu qeydə alınıb. Bu barədə “Politiko” saytı məlumat yayıb. Bundan başqa, ölkənin atom silahı zəxirələrini idarə edən Milli Atom Güvənliyi Ajansına da kiber hücumun edildiyi açıqlanıb.
Məlumata görə, Amerikanın Milli Atom Enerjisi Ajansı və Enerji Vəzirliyi cümə axşamı günü edilən sayber hücumları barədə Konqredəki nəzarət qurumlarına bilgi veriblər. Məsələ ilə bağlı federal təhqiqatçılar araşdırma aparır. Hakerlər Enerji Vəzirliyinin tabeliyində olan Federal Enerji Qaydalarını Tənzimləmə Komisyonunun şəbəkəsinə zərər vurublar.
Qeyd edək ki, “Solarwinds” nərm əfzar şirkətinə edilən sayber hücumu nəticəsində federal qurumların bilgilərini ələ keçirilib.
Unread messages

Related Articles

Bir cavab yazın

Back to top button