İran

Rəzəndə qanunsuz kəsilmiş10 ton ağac aşkarlanıb

Rəzən Vilayətində 10 ton qaçaq ağac kəşf olunub. Məsələ ilə bağlı Həmədan Əyaləti Rəzən vilayətinin polis fərmandehi sərhəng Əli Zəngənə məlumat verib. Bildirilib ki, Rəzən vilayətinin İmdad Alayı məmurları məhsulların qaçaqçılığı ilə mübarizə tərhinin icrası olaraq yük maşınlarına baxış keçiriblər. Nəticədə icazə sənədi olmadan idarə edilən yük maşınının içərisindən dəyəri 200 milyon tümən olan 10 ton ağac aşkarlanıb.
Əli Zəngənə analoji halla rastlaşan şəxslərdən dərhal 110 qaynaq xəttinə müraciət etmələrini xahiş edib.

Related Articles

Bir cavab yazın

Back to top button